Hazırki vətəndaşlığınızdan imtina etmədən ABŞ vətəndaşı olmaq mümkündürmü?
- Chimnaz Shahbazzade Mammadov
- Jan 31, 2023
- 2 min read
Updated: Apr 30, 2023
❗️Qısaca cavab versək:
Bəli, olar. Lakin bu məsələnin vacib nüansları var!
✅ ABŞ Konstitusiyası və qanunlarında ikili vətəndaşlıq hüququ haqqında müddəa yoxdur. ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişdə deyilir: “Birləşmiş Ştatlarda doğulmuş və ya vətəndaşlıq almış və onun yurisdiksiyasına tabe olan bütün şəxslər Birləşmiş Ştatların və yaşadıqları ştatın vətəndaşlarıdır”.
✅Bu, Konstitusiyanın vətəndaşlıqdan bəhs edən yeganə müddəasıdır. Beləliklə, ABŞ Konstitusiyası ikili vətəndaşlıq ilə bağlı məsələləri tənzimləmir. Bir məsələ Konstitusiya müvafiq müddəalar ilə tənzimlənmədikdə, Konqres bu barədə qanunlar qəbul etmək hüququnu özündə saxlayır. Əgər müvafiq məsələni tənzimləyən Qanunlar yoxdursa, o zaman Ali Məhkəmənin qərarlarına nəzər salaq. Belə ki, Ali Məhkəmə tərəfindən dəfələrlə amerikalıların ikili vətəndaşlığa malik ola biləcəyi barədə qərarlar verilmişdir.
✅ Yəni, ABŞ qanunlarına görə ikinci vətəndaşlığınız olsa belə, siz ilk növbədə Amerika vətəndaşısınız.
ABŞ İmmiqrasiya və Vətəndaşlıq Qanunu da ikili vətəndaşlığı qadağan etmir. Yəni, ABŞ vətəndaşı öz vətəndaşlığına heç bir xələl gətirmədən və risk etmədən digər ölkə vətəndaşlığı ala və ya öz ölkəsinin vətəndaşı olaraq qala bilər.
‼️Lakin burda əsas məsələ sizin öz ölkənizin ikili vətəndaşlıq haqqında qanunlarından asılı olan aşağıdakı vacib nüanslardır.
✔️Ölkəniz ikili vətəndaşlığa icazə verir. ABŞ vətəndaşı olduqda belə öz ölkənizin vətəndaşlığını qoruyacaqsınız. Ölkənizin ikili vətəndaşlığa icazə verib-vermədiyini öyrənməyin ən yaxşı yolu ölkənizin səfirliyi ilə əlaqə saxlamaqdır.
✔️ABŞ vətəndaşı ola bilərsiniz, lakin öz ölkənizin qanunlarına əsasən, bu, defolt olaraq əvvəlki vətəndaşlığınızı ləğv edəcək. Amma eyni zamanda ölkənizin qanunları vətəndaşlığın bərpası və ya saxlanılması prosedurunu nəzərdə tutur və siz hüquqdan yararlana bilərsiniz. Vətəndaşlığın saxlanması prosedurundan vaxtında istifadə etmək üçün bu nüansı bilməlisiniz.
✔️Ölkəniz ikili vətəndaşlığa icazə vermir, bu halda ABŞ vətəndaşı olsanız, ölkənizin vətəndaşlığını itirəcəksiniz.
Əgər ABŞ vətəndaşı olmaq istəyirsinizsə, bunun sizin üçün real olub-olmadığını anlamaq və vəziyyətinizə, statusunuza uyğun fəaliyyət planı və strategiya hazırlamaq üçün immiqrasiya vəkilinin peşəkar konsultasiyasından istifadə etməyinizi tövsiyə edirəm.










Comments